Xəstəlikdən əsər-əlamət qalmır - corablara limon sıxaraq...
    • 19-09-2024, 22:27
    • 11 359

Xəstəlikdən əsər-əlamət qalmır - corablara limon sıxaraq...

Sağlam həyata doğru addım atmaq üçün təbii üsulları sınamaq son illərdə getdikcə populyarlaşıb. 

News24.az xəbər verir ki, son illərdə tez-tez istifadə edilən təbii üsullardan biri də corabın içinə limon sıxmaq vərdişidir.

Corabın içinə sıxaraq xəstəliklərdən qorunmağa kömək edən limondan istifadə etməklə yanaşı, corabın içinə dəfnə yarpağı qoymaq və ya soda tökmək kimi fərqli vərdişlərlə də qarşılaşırıq.

Qış aylarında baş verən qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı limondan istifadə etmək vərdişini hamımız bilirik. Ancaq şorba və ya çay kimi içkilərə qataraq tez-tez istifadə etdiyimiz limon, corabın içərisində qızdırılaraq da istifadə edilə bilər.

Daha çox uşaqların xəstələndiyi hallarda istifadə edilən bu üsulu böyüklərə də tətbiq etmək olar. Bu tətbiqin əsas səbəbi ayaqlarımızın altındakı dərinin bədəndə ən tez sorulan bölgə olmasıdır. Bu, limonun antiseptik xüsusiyyətləri ilə özümüzü xəstəliklərdən qorumağa kömək edir.

Corablarınıza limon sıxıb geyindiyiniz zaman bu vərdiş həm də qızdırma salıcı kimi fəaliyyət göstərir. Daha çox qızdırması olan uşaqlara tətbiq olunsa da, həm xəstəlik zamanı, həm də qızdırma salıcı təsiri ilə böyüklərə də tətbiq oluna bilən bir üsuldur.

Soyuqdəyməyə qarşı müqavimət qazanmağınıza, bundan əlavə, bədənin C vitamini ehtiyacını ödəməyə də kömək edir. Bütün faydalarından yararlanmaq üçün corablarınıza limon sıxıb geyinə bilərsiniz.

Məryəm İlhamqızı


News24.az

Qaynar xətt: 099 270 77 77