-
- 19-09-2024, 18:10
- 264
Bu saatlarda yemək yeməyin - mütəxəssislərdən açıqlama
Ağız və diş sağlamlığına təsir edən müəyyən yemək vərdişləri var.
News24.az xəbər verir ki, mütəxəssislərin verdiyi açıqlamalara görə, bu yemək vərdişlərindən biri də yeməyi yediyimiz vaxtdır.
Bir çox insanın fərqinə varmadan etdiyi bu qida səhvi dişlərin qısa müddətdə çürüməsinə səbəb olur. Müəyyən saatlarda yemək yeməmək lazımdır.
Mütəxəssislərin verdiyi açıqlamalara görə, günorta yeməyindən sonra ən azı 2 saat başqa heç nə yeməmək lazımdır. Bunun səbəbi ağızdakı bezlərin çıxardığı təbii tüpürcəkdir.
Ağzımızdakı təbii tüpürcək bu 2 saatlıq müddət ərzində dişlərimizi təmizləyir. Həmçinin diş minasını yenidən gücləndirir.
Tüpürcək yüksək pH səviyyəsinə malik mayedir, diş çürüməsinin qarşısını alır və diş minasında aşınma ehtimalını minimuma endirir. Beləliklə, ağızda kariyesdən özünüzü qorumaq daha asan olur.
Məryəm İlhamqızı
News24.az
Qaynar xətt: 099 270 77 77