Bu üsuldan istifadə edənlərin dişi AĞAPPAQ OLUR
    • 13-09-2024, 19:55
    • 654

Bu üsuldan istifadə edənlərin dişi AĞAPPAQ OLUR

Həm gigiyena baxımından, həm də xəstəliklərdən qorunmaq üçün ağız və diş sağlamlığımıza diqqət etməliyik. Ağızda yığılan bakteriyaların təmizlənməməsi bədənimizə daxil olan hər qida ilə birlikdə zərərli bakteriyaların mədəmizə daşınmasına səbəb olur. Bu səbəbdən ağız gigiyenamızı mütəmadi olaraq saxlamalıyıq.

Diş məcunu və ağız qarqaraları ağız boşluğuna qulluq üçün təsirli üsullar olsa da, dişlərin ağlığını qorumaq üçün bəzən bundan daha çoxu tələb oluna bilər. 

News24.az xəbər verir ki, təbii üsulla dişlərinizin saralmasının qarşısını ala bilərsiniz.

Dişlərin saralmasını aradan qaldıran təbii üsullarla yanaşı, saralmanın qarşısını alan bir hiylə də var. Diş baxımına bir stəkan su əlavə etsəniz, onun təsiri sizi təəccübləndirəcək. Dişlərin saralmasının qarşısını almaq üçün yeməkdən sonra ağzınızı bir stəkan su ilə yaxalaya bilərsiniz.

Ağzı su ilə yaxalamaq tüpürcək istehsalını artırır ki, bu da dişlərin saralmasına səbəb olan bakteriyaların çıxarılmasına, bu ağız sağlamlığını qorumağa kömək edir. Eyni üsul çay və qəhvə kimi dişlərin saralmasına səbəb olan içkilər qəbul edildikdən sonra da edilə bilər.

Məryəm İlhamqızı