-
- 20-09-2024, 09:35
- 243
XİN Azərbaycan xalqını təbrik etdi
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X səhifəsində paylaşım edib.
"Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik. Yaşasın Azərbaycan!", - paylaşımda deyilir.