Saçlarına görə vəhşicəsinə DÖYÜLDÜ
    • 20-09-2024, 19:28
    • 409

Saçlarına görə vəhşicəsinə DÖYÜLDÜ

Rusiyanın Sverdlovsk vilayətində 17 yaşlı yeniyetmə 13 yaşlı oğlanı saçlarına görə vəhşicəsinə döyüb.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, zərərçəkən qismən yaddaşını itirib.

Yeniyetmə gənc cütlüyün skamyada oturduğunu görüb. Bu, onun xoşuna gəlməyib və o, uşağı geyiminə və saç düzümünə görə döyüb.

Uşağa hücum edərək onu əlləri ilə vəhşicəsinə döyməyə başlayıb, sonra isə onu yerə yıxıb və təpikləyib.

Zərərçəkən, ciddi beyin silkələnməsi keçiri və sol gözünü aça bilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

“Əgər onun 13 yaşında olduğunu bilsəydim, ona barmaq belə vurmazdım”, – deyə yeniyetmə bildirib.