-
- 20-09-2024, 19:53
- 293
4 yaşlı uşağı əqrəb sancdı
Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızı əqrəb sancması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.
Faktla bağlı araşdırma aparılır.