Portuqaliyada milli matəm elan edildi, bayraqlar yarıya qədər endirildi
    • 20-09-2024, 13:27
    • 300

Portuqaliyada milli matəm elan edildi, bayraqlar yarıya qədər endirildi

Sentyabrın 14-dən bəri davam edən və 7 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar Portuqaliyada milli matəm elan edilib.

News24.az xəbər verir ki, ölkədə bayraqlar yarıya qədər endirilib.

Yanğınlarla bağlı aparılan araşdırmalarda indiyədək 5 nəfərin saxlanıldığı bildirilib.

Tarixinin ən böyük meşə yanğınlarından birini yaşayan Portuqaliyada bu günə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu ifadə edilir.

Səlahiyyətlilərin verdiyi açıqlamalara görə, ölənlərdən üçü yanğınsöndürəndir.

Qeyd edək ki, Portuqaliyanın mərkəzində, Koimbra əyalətinin Tabua şəhərində yanğınla mübarizə aparan üç yanğınsöndürən, ikisi qadın və bir kişi həlak olub.

Yanğınlar ölkənin şimal yaşayış məntəqələrində Averio, Vila Real, Braqa, Viseu və Koimbra kimi bəzi kəndləri tamamilə məhv edib.

Eyni zamanda, yüzlərlə insan evsiz qalıb, minlərlə maşın yararsız hala düşüb.

Xüsusilə ölkənin şimal bölgəsini təsir edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğınlar, müdaxilələr və yağışların başlaması ilə nəzarət altına alınıb.

Portuqaliyanın Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi 30-a yaxın yerdə yanğınların hələ də davam etdiyini, lakin onlar nəzarətə nail olduqlarını bildirib.

Günel Məlikzadə