-
- 24-03-2024, 12:15
- 178
Rusiya Baş Konsulluğunda bayraqlar yarıya qədər endirilib
Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktında 133 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.
News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ictimaiyyət qarşısında çıxışında “24 martı ümumxalq matəm günü elan edirəm” deyib. Milli matəm elan edildikdən sonra Rusiyanın İstanbuldakı Baş Konsulluğunda İstiklal küçəsində bayraqlar yarıya endirilib.
Qeyd edək ki, hücum səbəbilə Rusiya Baş Konsulluğunun qarşısında güllər və oyuncaqlar qalıb.
Günel Məlikzadə