Pələng çobanı yedi
    • 20-09-2024, 23:38
    • 442

Pələng çobanı yedi

Hindistanda pələng heyvanları örüşə çıxaran kişiyə hücum edərək onu parçalayıb.

News24.az medianews.az-a istinadla xəbər verir ki, bu barədə NewsDrum məlumat yayıb.

Hücum cümə günü, sentyabrın 13-də Maharaştra ştatının Qondia rayonundakı Jamdi meşəsi ərazisində baş verib.

Kalpatri kəndindən olan 44 yaşlı Basantrao Dhore səhər saatlarında sürüsü ilə otlaya gedib və geri qayıtmayıb.

Bundan sonra kənd sakinləri axtarışa başlayıblar. Tezliklə meşədə yarı yeyilmiş qalıqları aşkar ediblər. Onlar Dhoraya aid idi. Yerli vəhşi təbiət idarəsinin rəsmisinin sözlərinə görə, çobanın boynunda pələng dişlərinin izləri aşkar edilib.