-
- 20-09-2024, 17:40
- 101
Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
Göyçayda polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, görülən tədbirlərlə rayonun Bığır kəndində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb. Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilib.
Həmçinin, məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.