Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb
    • 14-06-2019, 17:41
    • 944

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində baş verən intihar hadisəsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

News24.az-ın "Report"-a istinadla verdiyi xəbərə görə, İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilib və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxslərin “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızı olduğu deyilir. Lakin  “Respublika” qəzetindən redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmadığı bildirilib.

Xatırladaq ki, özünü 10-cu mərtəbədən ataraq intihar edənlər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı, 1990-cı il təvəllüdlü Mahmudova Xədicədir.