-
- 20-09-2024, 18:23
- 4 109
“Altılıq” toplanır – Azərbaycan müzakirə ediləcək
Türkiyədə keçirilməsi planlaşdırılan 3+3 regional formatında görüş üçün iş aparılır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ankarada belə bir görüşün keçirilməsi üçün iş gedir”, - Rusiya rəsmisi bildirib.
Zaxarova toplantının xarici işlər nazirləri səviyyəsində olacağını, tarixin bütün tərəflərlə razılaşdırıldıqdan sonra açıqlanacağını qeyd edib.
Formata Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran daxildir. Platformada Cənubi Qafqazdakı problemlər, xüsusən də Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı gəlişmələr müzakirə olunur.
"Altılıq" və ya 3+3 formatının təşəbbüskarı Azərbaycandır.