Məhkəmədən Xoşqədəmə qadağa...
    • 20-09-2024, 22:58
    • 3 682

Məhkəmədən Xoşqədəmə qadağa...


ARB telekanalına və həmin kanalda Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni Axtarıram” verilişinə İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevlə bağlı müzakirə aparılmasına qadağa qoyulub.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Rasimin atasının müraciəti əsasında belə qərar qəbul edib.

Ailənin nümayəndəsi kimi çıxış edən Samir Zeynalovun sözlərinə görə, ailə hesab edib ki, xüsusilə Xoşqədəm Hidayətqızı “Rasimin axtarışını” şou predmetinə çevirməklə izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldadıb. Ən əsası verilişdə gedən müzakirələr Rasimin bu günə kimi müəyyən edilməməsinə təsir edib.

Ərizədə o da bildirilib ki, Xoşqədəm Hidayətqızı əvvəl Rasimi tapacağı haqda ailəyə vəd verib. Vədini yerinə yetirə bilməyəcəyini görən sözügedən şəxs onun və ailə üzvlərinin düşdüyü acınacaqlı vəziyyəti nəzərə almayaraq, Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.

Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil ailənin müraciətini əsaslı hesab edib. Hakim belə qənaətə gəlib ki, məsələdə müvəqqəti təminat tədbirinin görülməsi qaçılmazdır.

Qərara əsasən ARB telekanalında, xüsusilə “Səni Axtarıram” verilişində Rasimin axtarışı ilə bağlı müzakirə aparmaq, həmçinin fotolarını yayımlamaq qadağan edilib.