-
- 21-09-2024, 09:13
- 906
Niyameddin Musayev OD PÜSKÜRDÜ
İmişlidə bir qrup rayon ziyalısı Xalq artisti Niyaməddin Musayevin adının əbədiləşdirilməsini təklif edib. Onlar bununla bağlı İmişi rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova müraciət ünvanlayıblar. Müraciətlərində N.Musayevin vaxtı ilə yaşayıb, böyüyüb boya-başa çatdığı küçəyə adının verilməsini, rayon musiqi məktəbinin və vaxtilə təhsil aldığı orta məktəbin onun şərəfinə adlandırılması qeyd ediblər.
Məsələylə bağlı Redaktor.az-ın əməkdaşı Xalq artisti Niyaməddin Musayevlə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bu təklifdən xəbərsiz olduğunu və buna ehtiyac görmədiyini bildirib:
“Bundan xəbərsizəm, indi sizdən eşidirəm. O ziyalılar özləri belə bir təkliflə çıxış ediblər. Düşünürəm ki, adımın əbədiləşdirilməsi məncə, yaxşı çıxmır. Elə bilərlər ki, özümdən razıyam. Vaxtilə sağlığında Xalq artisti Habil Əliyevin də adına Ağdaşda küçə verilib, heykəli qoyulub. Nardaranda isə Məmməd Bağırın adına küçə verildi. Belə şeylər var. Mən hələ ölməmişəm, sağam. Hesab edirəm ki, sağlığımda adımın əbədiləşdirilməsi qıcıq yaradar. Bu təklifi onlar çox nahaq yerə mətbuata çıxarıblar, mənə qarşı yaxşılıq etmirlər. Gərək fikirləşəydilər bunu edək, ya yox”.