-
- 21-09-2024, 10:46
- 382
“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü
Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.
News24.az sfera.az-a istinadən bildirir ki, “yalnız” ləqəbi ilə tanınan 31 yaşlı Katjira 2019-cu ildə Las-Veqasa köçüb. O burada məşhur model və ifaçı kimi fəaliyyət göstərib. Amma o, dayanmadan işləmək, daim çəkilişlər etmək, sosial şəbəkələrdə şəkil çəkdirmək və müxtəlif televiziya şoularında çıxış etmək onu bezdirib. Üç il əvvəl o bütün hər şeydən imtina edərək, dəbdəbə və qlamurdan uzaq daha sakit bir həyat tapmaq ümidilə Tennessiyə köçüb. Katjira burada tərk edilmiş bir ferma satın alaraq onu kənd evi etmək qərarına gəlib.
"Həyatımın çox hissəsini bağçılıqla məşğul olmuşam, amma mən bunu daha geniş miqyasda etmək istəyirdim" - deyə o bildirib.
Məşhur kişi jurnalı “Playboy”da rol alan keçmiş model asudə vaxtını bir vaxtlar yaşamaq mümkün olmayan fermanı təmizləməyə sərf edib.
"Həqiqətən, nə edəcəyim barədə heç bir fikrim yox idi. Evə köçməzdən əvvəl kif və dam problemlərini düzəltmək üçün köməkçi işə götürməli oldum. Bütün bunlar düzəldildikdən sonra diqqətimi hər dəfə bir otağa və bir xarici layihəyə yönəltdim. Bitki örtüyü nəzarətdən çıxmışdı, ərazinin çoxunu belə gəzmək olmurdu, bütün yardımçı tikililər uçurdu”.
Qeyd edək ki, ferma qasırğa nəticəsində dağılıb, binalar uçub, hasarların dəyişdirilməsinə ehtiyac olub.
"2025-ci ildəki əsas layihəm dağılmış beş hissəli at tövləsini ilkin vəziyyətinə qaytarmaq olacaq. Mənim üçün sökmək və sıfırdan başlamaqdansa, əlimizdə olanı qoruyub saxlamağa çalışmaq çox vacibdir"- deyə keçmiş model izah edib.
Köçdükdən sonra qız bir çox yeni bacarıqlar öyrənməli olub.
"Mən kənd yerində yaşayıram, ona görə də peşəkarlar işə götürmək çox çətindir. İnsanların çoxu bir işə görə o qədər də uzaq səyahət etmək istəmir. Mən demək olar ki, bütün elektrik alətlərindən, traktor avadanlığından, dülgərlikdən və bitkilərin yetişdirilməsi ilə bağlı bir çox şeylərdən istifadə etməyi öyrənməli idim. Bura köçdükdən sonra ilk dörd ay ərzində mən öz təcrübəmdən çox şey öyrəndim” - deyə keçmiş model bildirib.