“iPhone 16”ın Android telefonları ilə MÜQAYİSƏSİ - Ən çox sarj saxlayan smartfon
    • 21-09-2024, 23:38
    • 915

“iPhone 16”ın Android telefonları ilə MÜQAYİSƏSİ - Ən çox sarj saxlayan smartfon

Yeni təqdim olunmuş “iPhone 16” seriyasının “iPhone” tarixində ən yaxşı batareya ömrü olan cihaz olduğu iddia olunur. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, bloqerlərdən biri bu iddianın doğru olub olmaması üçün kiçik bir test edib. Buna görə o, “iPhone 16” mobil cihazının batareya ömrünü digər Android telefonları ilə müqayisə edib. Sınaqda ümumilikdə 13 smartfon iştirak edib. 

Test şərtlərinə ekran parlaqlığının 150 nit və kadr sürətinin "avtomatik" (əgər varsa) təyin edilməsi və həmişə Wi-Fi şəbəkəsinə qoşulması daxildir. 

İlk məğlub olan smartfon “iPhone 15 Pro” olub - 8 saat 11 dəqiqə işlək vəziyyətdə qala bilib. Ən uzun sarj saxlayan cihaz isə “Vivo X100 Pro” olub. Bu smartfon 12 saat 22 dəqiqə nəticə ilə birinci olub.Test edilmiş “Apple” telefonları arasında ən davamlıı “iPhone 16 Pro Max” olub və o, ümumilikdə üçüncü yeri tutub. Bütün siyahını təqdim edirik:

iPhone 15 Pro - 8 saat 11 dəqiqə

iPhone 15 - 8 saat 30 dəqiqə 

iPhone 16 Pro - 9 saat 6 dəqiqə

Xiaomi 14 Ultra – 9 saat 9 dəqiqə 

iPhone 16 - 9 saat 11 dəqiqə

Samsung Galaxy S24 Ultra - 9 saat 14 dəqiqə 

Google Pixel 9 Pro XL - 9 saat 16 dəqiqə

iPhone 15 Pro Max - 9 saat 26 dəqiqə

OPPO Find X7 Ultra – 9 saat 41 dəqiqə 

OnePlus 12 - 10 saat 51 dəqiqə

iPhone 16 Pro Max - 11 saat 29 dəqiqə

Honor M6 Pro – 11 saat 33 dəqiqə 

Vivo X100 Pro – 12 saat 22 dəqiqə