Toya gedən qonaqlar ağır qəzaya düşdü - Yaralılar var
    • 22-09-2024, 11:54
    • 263

Toya gedən qonaqlar ağır qəzaya düşdü - Yaralılar var


Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” marakalı minik avtomobilləri toqquşub, daha sonra nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb.

Qəzada dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Ramizli,1957-ci il təvəllüdlü Arifə Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alanlar toydan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.