-
- 15-06-2019, 17:54
- 1 185
Gecə saat 4-də binanın qarşısında öldürüldü – Bakıdakı qətlin istintaqı bitdi
Bakı şəhəri Nizami rayonunda Nəzirov Fərzəli İdris oğlunun öldürülməsi hadisəsi ilə açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, hadisəni törədən Qazıyev Adil Sabir oğlu barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə açılan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il martın 3-də saat 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında baş verib. Paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin tapılıb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.