Bakıda çay evinin qarşısında DƏHŞƏT – Sevgilisini öldürdü
    • 14-03-2020, 20:36
    • 1 221

Bakıda çay evinin qarşısında DƏHŞƏT – Sevgilisini öldürdü

Bakıda çay evinin qarşısında sevgilisini qətlə yetirən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.


News24.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində - S.S.Axundov küçəsində (Dərnəgül metrosunun yaxınlığı) qeyri-rəsmi nikahda yaşadığı Pərvanə İsmayılovanı çay evinin qarşısında qətlə yetirən Məmmədov Sərxan Xanlar oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni, xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda açılmş cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq. Iş üzrə Cabir Omarov adlı şəxs də zərərçəkən şəxs qismində tanınıb. 


Qqeyd edək ki, keçən ilin noyabrın 28-də saat 23 radələrində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.


S.Məmmədov şübhəli şəxs qismində tutulub.