Bina uçdu, iki azyaşlı həyatını itirdi
    • 22-09-2024, 15:45
    • 271

Bina uçdu, iki azyaşlı həyatını itirdi


İtaliyanın Neapol əyalətinin Saviano şəhərində təbii qaz partlayışı nəticəsində iki mərtəbəli bina uçub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, partlayış binanın ikinci mərtəbəsində baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb edilib. Partlayış nəticəsində 6 nəfər dağıntılar altında qalıb. Xilasetmə qrupları iki nəfəri sağ çıxararaq xəstəxanaya çatdırıb, onlardan birinin vəziyyəti ağırdır.

Dağıntılar altından iki azyaşlının cəsədi çıxarılıb, hazırda iki nəfərin axtarışları davam edir.