FHN yaralı hərbçini dağıntılar altından belə çıxardı – VİDEO
    • 20-11-2018, 12:17
    • 1 335

FHN yaralı hərbçini dağıntılar altından belə çıxardı – VİDEO

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılması görüntülərini yayıb.

Həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib.

O.Məmmədli xilas edilərkən hərbi formada olub.

Qeyd edək ki, qaz sızması nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.

Dağıntılar altında qalanlar var.

//Qafqazinfo.az