2 nəfəri küçənin ortasında bıçaqlayıb qaçdı
    • 3-12-2019, 10:49
    • 1 099

2 nəfəri küçənin ortasında bıçaqlayıb qaçdı

Bərdədə 3 nəfəri bıçaqlayan şəxa barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, 1994-ci il təvəllüdlü Novruzov Cənnət Şakir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinin 126.2.1-ci ( iki və ya daha çox şəxsə qarşı) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə)bəndi əsasında açılmış işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə Bərdə şəhərində - küçədə baş verib. İstisu adlanan ərazidə Laçın rayonunda qeydiyyatda olan 1994-cü il təvəllüdlü Novruzov Cənnət Şakir oğlu Bərdə rayon sakini Teymurov Ruslan İlyas oğlu və daha bir nəfər bıçaqla zərbələr endirib. C.Novruzov hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.