-
- 3-07-2019, 11:25
- 862
Bakıda 21 yaşlı oğlanı iş yerində öldürən şəxslə bağlı MÜRACİƏT
Bakıda qətl törətmiş şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, keçən il Nəsimi rayonunda iş yerində 1997-ci il təvəllüdlü Qafar Hüseynovun Ərəstun Ərəbov tərəfindən qətlə yetirilməsi ilə bağlı zərərçəkən tərəf məhkəməyə müraciət edib. Onlar Ə.Ərəbov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi 17 illik həbs-qətimkan tədbiri hökmünün dəyişdirilərək cəzanın ağrlaşdırılmasını tələb ediblər. İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ə.Ərəbov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni, xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə təqsirli bilinərək məhkum edilib. Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi 17 il həbs cəzası verib. Bakı Apellyasiya Məhkəməsi Ə.Ərəbovun apellyasiya şikayətini təmin etməyib.
Hadisə isə 2018-ci ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbovla işlədiyi metla qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, iş yoldaşını söyüş söydüyü üçün vurub.