-
- 23-09-2024, 19:35
- 352
Məşhur müğənninin səhnədə vəziyyəti PİSLƏŞDİ
Sentyabrın 20-də axşam saatlarında İstanbul Kozyatağında səhnəyə çıxan və qəfildən yıxılaraq dünyasını dəyişən müğənni və rejissor Metin Arolat üçün dünən Təşvikiyə məscidində dəfn mərasimi keçirilib.
News24.az xəbər verir ki, mərasimə Arolatın sənətçi dostları Gülben Ergen, Demet Akalın, Gülşen, Ozan Orhon, Yeliz, Demet Sağıroğlu, prodüser İzzet Öz, ailə yaxınları və vətəndaşlar qatılıb.
“Gazeta Magazine”nin məlumatına görə, dəfn mərasimində göz yaşlarına boğulan məşhur müğənni Gülşən bir məkanda səhnəyə çıxıb.
Müğənninin “Banqır Banqır” mahnısını oxuyarkən qəfildən vəziyyətinin pisləşdiyi bildirilib. Müğənni səhnədən enməli olub.
Qeyd edək ki, mahnının klipinin rejissoru Metin Arolatdır.
Gülşən Arolatın ölümündən sonra bu açıqlamaları paylaşıb:
"Mənim Mətinim. Bilirsən ki, bir söz tapa bilmirəm? Həm varlığının gözəlliyini, həm də yoxluğunun acısını təsvir edəcək... Ən əziz dostum, mən yaxşı deyiləm, amma sən yaxşı ol, rahatlıq tap, sevdiklərinə qovuş. Tək dostum, səni sonsuza qədər sevəcəyəm və çox darıxacağam."
Məryəm İlhamqızı