Qara çay yoxsa yaşıl çay daha sağlamdır?
    • 23-09-2024, 21:22
    • 413

Qara çay yoxsa yaşıl çay daha sağlamdır?

Məşhur içki olan çayın bir çox çeşidi olsa da, ən çox istehlak edilən məhsullar qara çay və yaşıl çaydır. 

News24.az xəbər verir ki, hər ikisi özünəməxsus faydaları və bənzərsiz dadları ilə seçilsə də, bəzi insanlar yaşıl çayın sağlamlıq üçün daha faydalı olduğunu iddia edirlər.

Qara çayın ən çox bilinən xüsusiyyəti iltihaba qarşı təsirli olmasıdır. O, həmçinin ürək sağlamlığına müsbət təsir edir və bədəni bəzi xərçəng növlərinə qarşı qoruyur. Yaşıl çayda epiqallokateşin (EGCG) adlı bir birləşmə var. Bu tərkib yaşıl çayın ən güclü antioksidantlarından biridir.

Qara çayın tərkibində fermentasiya zamanı əmələ gələn theaflavin və thearubigin adlı antioksidanlar var. Bu maddələr bağırsaq sağlamlığına müsbət təsir göstərir. Xolesterolu azaltmağa kömək etdiyi də bilinir. Qara çay tərkibindəki antioksidantlar sayəsində ürək sağlamlığına müsbət təsir göstərir.

Gün ərzində ehtiyac duyduğu kofeini çaydan almaq istəyənlər üçün ilk alternativ qara çay olacaq. Tərkibində yüksək kofein olan qara çay səhərlər özünü yorğun hiss edənlər üçün idealdır.

Digər tərəfdən yaşıl çay daha balanslı enerji təmin edən aşağı kofeinli içkilərdən biridir. Həddindən artıq stimullaşdırmadan diqqəti cəmləməyə kömək edir.

Yaşıl çayı salatlar, meyvələr və yüngül yeməklərlə rahatlıqla istehlak edə bilərsiniz. 

Qara çay isə daha kəskin dada malikdir. Qara çayı daha ağır yeməklərlə asanlıqla qəbul edə bilərsiniz.

Hər iki növ çayın ürək sağlamlığına müsbət təsirləri məlumdur.

Əslində qara və yaşıl çay arasında daha faydalı olmaq məsələsi yoxdur. Qara çay xolesterola təsiri ilə seçildiyi halda, yaşıl çay maddələr mübadiləsini sürətləndirir. 

Məryəm İlhamqızı