Zəncirvari yol qəzası: ölənlər var
    • 23-09-2024, 19:24
    • 208

Zəncirvari yol qəzası: ölənlər var

Çinin cənubundakı Hunan əyalətində körpüdə baş verən zəncirvari qəzada 6 nəfərin həyatını itirdiyi bildirilib. Qəza taksinin digər avtomobilə çırpılması nəticəsində baş verib.

News24.az xəbər verir ki, bu barədə Çin agentliyi məlumat yayıb

Qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Yaralılar bölgədəki xəstəxanalara aparılarkən, qəza ilə bağlı istintaqın davam etdiyi qeyd edilib.

Məryəm İlhamqızı