-
- 23-09-2024, 15:43
- 286
"Fənərbağça"nın futbolçusu Maximin səhhəti necədir?
"Fənərbağça"nın Super Liqada "Qalatasaray"a məğlub olmasından sonra Allan Saint-Maximin stadionu tərk edib.
News24.az xəbər verir ki, zədə riski ilə üzləşən fransalı futbolçunun üzərində aparılan yoxlamalardan sonra ciddi vəziyyət aşkarlanmayıb.
Günü müalicə ilə keçirən Maksiminin problem olmadığı təqdirdə 2-3 gün ərzində komandaya qoşulacağı gözlənilir.
Digər tərəfdən, "Fənərbağça"nın futbolçusu Osayi-Samuel bugünkü məşq boyu komanda ilə birlikdə çalışıb.
Qeyd edək ki, Fənərbaxça UEFA Avropa Liqasında ilk matçında Cümə axşamı günü saat 19.45-də Union SG-ni qəbul edəcək.
Günel Məlikzadə