Dünyaca məşhur aktrisadan təəccübləndirən etiraf
    • 23-09-2024, 15:58
    • 205

Dünyaca məşhur aktrisadan təəccübləndirən etiraf

Amerikalı aktrisa Zendaya həftəsonu Nyu-Yorkda "Dune: Part Two" filminin təqdimatında jurnalistlərin suallarını cavablandırıb.

News24.az xəbər verir ki, jurnalist Erik Davisin moderatorluğu ilə keçirilən müsahibəyə filmin digər aktyorları ilə birlikdə qatılan Zendaya karyerası ilə bağlı bəzi etiraflar edib.

“Əslində, mən aktyorluğu sevirəm, amma bəzən bu işə uyğun olmadığımı hiss edirəm” deyən gözəl ulduz ümumiyyətlə introvert insan olduğu üçün bu peşənin onu zaman-zaman qorxutduğunu açıqlayıb.

Gözəl aktrisa "Mənə normal insan kimi davranmağınızı istəyirəm. Mən dünya şöhrətli aktrisa olmamışdan əvvəl sadəcə olaraq insan kimi görünmək istəyirəm” deyə davam edib.

"Dune: Part Two" filmində "Chani" obrazını canlandıran Zendaya, Austin Butler, Florence Pugh və Timothée Chalamet kimi adlarla müşayiət olunur.

Onu da qeyd edək ki, gənc yaşına baxmayaraq karyerasında böyük nailiyyətlər əldə edən Zendaya, Euphoria serialındakı Rue obrazına görə iki dəfə Dram Serialında Ən Yaxşı Baş Qadın Oyunçu üçün Primetime Emmy mükafatına layiq görülüb.

Günel Məlikzadə