Biri ölməlidir: Qladiator döyüşləri haqda bilmədiklərimiz
    • 23-09-2024, 22:24
    • 292

Biri ölməlidir: Qladiator döyüşləri haqda bilmədiklərimiz

2000-ci ilin məşhur "Qladiator" filmi döyüşçülərdən ən azı biri öldürülənə qədər qanlı döyüşləri təsvir edir. Bəs həqiqət necədir, qladiatorlar real həyatda ölümünə vuruşurdular?

News24.az Publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bunun əslində, bəzi hallarda belə olduğunu bildiriblər.

Qladiatorları geniş şəkildə tədqiq edən "UC Berkeley" tədqiqatçısı Alfonso Manas, sübutların, qladiatorların ölüm nisbətlərinin zamanla əhəmiyyətli dərəcədə dəyişdiyini göstərdiyini bildirib. Məsələn, eramızdan əvvəl IV əsrə aid Yunanıstan şəhəri olan Paestumunda qladiatorların döyüşündə hər iki döyüşçünün dəhşətli yaralar alması göstərilir.

Manas qeyd edib ki, qladiator döyüşlərində eramızdan əvvəl 27-ci ildən sonra islahatlar aparılıb, nəticədə ölüm halları azalıb. Bu islahatlar imperatorlar Avqust (e.ə. 30-cu illər - eramızın 14-cü illəri) və Tiberinin (e. 14-37-ci illər) hakimiyyəti dövründə baş verib.

Manas əlavə edib ki, bir çox qladiatorlar qul olsalar da, ölüm nisbətləri azaldıqca, bəzi azad adamlar könüllü olaraq qladiator olmağa başlayıblar.

"Biz eramızdan əvvəl 27-ci ildən sonra dəyişən xüsusi qaydaları bilmirik, lakin sübutlar göstərir ki, qladiator qalxanı aşağı salaraq və şəhadət barmağını uzatmaqla təslim ola bilərmiş", - Manas deyib.

Bildirilir ki, bundan əlavə, "summa rudis" var idi - qaydalara riayət olunmasına nəzarət edə bilən və qladiator ölüm astanasında olarsa, döyüşü dayandıra bilən bir hakim. Qladiator qarşılaşmasını rinqdə idarə edən şəxsin qərarı ilə uduzan şəxsin daha çox zərər görmədən arenanı tərk etməsinə icazə verilirdi.