Qırğızıstanda  "Çingiz Aytmatov  Akademiyası" yaradılıb
    • 24-06-2019, 10:55
    • 1 481

Qırğızıstanda "Çingiz Aytmatov Akademiyası" yaradılıb

Qırğızıstanda “Manas və Çingiz Aytmatov Milli Akademiyası” yaradılıb.

Topçubek Turqunaliev Akademiyanın prezidenti, böyük qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Eldar Aytmatov isə vitse-prezidenti təyin olunub.

Yeni akademiyada xalqın mənəvi irsi olan “Manas” eposunun və Çingiz Aytmatovun irsinin qorunması, müasir dövrdə gənc nəsil arasında geniş yayılması, hərtərəfli tədqiqi, eposdakı ideyaların dünya miqyasında təbliği, eposun istedadlı ifaçılarının yetişdirilməsi nəzərdə tutulub.
Akademiyada “Manas” eposu və Çingiz Aytmatovla bağlı elmi konfransların keçirilməsi, dövri və tematik nəşrlərin çap edilməsi, audio, tədris, elmi materialların hazırlanması, sərgilər təşkil edilməsi, suvenirlərin buraxılması da həyata keçiriləcək. /Azərtac/