Pompeydə yeni kəşf
    • 30-05-2024, 22:10
    • 277

Pompeydə yeni kəşf

Vezuvi dağının püskürməsi nəticəsində dağıdılan Pompeydə uşaqlar tərəfindən çəkildiyi düşünülən qladiator təsvirləri üzə çıxarılıb.

News24.az xəbər verir ki, kömür rəsmləri çərşənbə axşamı ictimaiyyətə açılan Pompey arxeoloji parkında I'Insula dei Casti Amanti-də qazıntılar zamanı tapılıb.

Qeyd edək ki, qazıntılar zamanı üzə çıxarılan digər rəsmlər arasında uzun divarda üç kiçik əl eskizi, topla oynayan iki fiqur, donuza bənzər heyvanın ov səhnəsi və yerdə uzanmış iki boksçunun təsviri var.

Pompey Arxeoloji Parkının direktoru Qabriel Zuchtriegel, bu rəsmlərin, ehtimal ki, eramızın 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində şəhərin dağılmasından əvvəl həyətdə oynayan bir və ya bir neçə uşaq tərəfindən edildiyini söyləyib.

Zuchtriegel bildirib ki, Neapol Universitetinin psixoloqları ilə apardıqları araşdırmalar nəticəsində qladiator və ovçuların rəsmlərinin şəkilli modellərə deyil, birbaşa müşahidələr əsasında çəkildiyi qənaətinə gəliblər.

Günel Məlikzadə