-
- 23-09-2024, 18:32
- 274
Şəmkirdə üç nəfəri “tok” vurub öldürdü
Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
News24.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.
Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində 3 nəfəri elektrik cərəyanı vurub.
Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişənlər Bağırov Əkbər, Məmmədov İsmət və Böyükkişiyev Adil adlı şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.