-
- 23-09-2024, 20:44
- 392
Bu deputat Milli Məclisin tarixinə belə düşdü
Bu gün VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.
News24.az xəbər verir ki, VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.
Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.
Maraqlı fakt Ziyafət Əsgərovla bağlıdır. Azərbaycan Milli Məclisinin II çağırışından deputat kimi təmsil olan Z. Əsgərov III çağırışa qədər sədr müavini, IV çağırış
V çağırışda isə sədrin birinci müavini olub.
Lakin Ziyafət Əsgərov VI çağırışda isə müavin yox, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri kimi çağırışı başa vurmuşdur.
Bu gün keçirilən iclasda 19 ildən sonra yenidən sədr müavini, 55 aydan sonra isə növbəti dəfə Milli Məclis rəhbərliyində təmsil olundu. Bununla da Milli Məclis tarixinə I çağırış fasilədən sonra yenidən sədr müavini kimi seçilən deputat kimi tarixə düşdü