Benzin ucuzlaşdı, növbə dizeldədir
    • 23-08-2024, 11:50
    • 58 526

Benzin ucuzlaşdı, növbə dizeldədir

Brent markalı neft ucuzlaşmağa davam edir. Hazırda Brent nefti 77 dollar diapazonunda satılır.

News24.az NTV-yə istinadən xəbər verir ki, neftin qiymətinin aşağı düşməsi ilə yanacaq qiymətində də azalma gözləntiləri yaranıb.

Türkiyədə benzin qiymətləri 1 lirə 45 quruşa enib. Qiymət dəyişikliyi gecə yarısı satışlarında da özünü göstərib.

Bu gecə yarısından etibarən dizel qrupunda 91 kuruş endirim gözlənilir.

Eyni zamanda, otoqaz qrupunda isə 42 kuruş qiymət artımı gözlənilir.

Mövcud yanacaq qiymətləri;

İstanbulda dizelin litr qiyməti 43,94 lirədən satılır.

Benzinin litri orta hesabla 43,24 lirəyə satılır.

Günel Məlikzadə