-
- 24-09-2024, 14:25
- 263
DİQQƏT! Yeri maqnit qasırğası vuracaq
Yer kürəsini yeni maqnit qasırğası vuracaq.
Bu gün Yer kürəsinin sakinləri yenidən G1 sinifli maqnit qasırğası ilə üzləşəcəklər. Bu barədə İKI və ISTP-nin Günəş Astronomiya Laboratoriyasının mütəxəssisləri məlumat veriblər.
Alimlərin fikrincə, günəş enerjisi Bakı vaxtı ilə saat 14:00 radələrində Yerin maqnitosferində pozuntulara səbəb olacaq. Fırtınanın intensivliyi növbəti bir neçə saat ərzində artacaq və axşam saat 18 radələrində pik həddinə çatacaq.
Sonra maqnit sahəsinin pozulmasının səviyyəsi tez bir zamanda yox olacaq.
Qeyd edək ki, alimlər xəbərdarlıq etmişdilər ki, 26, 27 və 28 sentyabr, eləcə də oktyabrın 13 və 14-də maqnit qasırğalarının yeni dövriyyəsi gözlənilir. Onların gücü G1 səviyyəsində proqnozlaşdırılır./BAKU.WS