-
- 24-09-2024, 14:42
- 278
25 ilin üstündən xətt çəkmək olmaz - Müavini Pənah Hüseynə qarşı
Parlament seçkilərinin nəticələrindən narazı qalan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn partiyanın fəaliyyətini dayandırmaq istədiyini açıqlamışdı:
"Hazırda MSK və Konistisuya Məhkəməsinin seçkilərlə bağlı qərarını gözləyirik. Qərar verilən kimi partiyanın İdarə Heyəti toplanacaq və bu vəziyyəti müzakirə edəcək. Həmin iclasda partiyanın sədrliyindən istefa vermək və eyni zamanda partiyanın fəaliyyətini dayandırmaq haqqında düşüncələrimi açıqlayacam. Partiyanı inandırıb üzvləri seçkidə iştirakını yaradan sədrdir. Burada bir etimad məsələsi də var, bunsuz doğru olmaz
Artıq Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqləyib və parlamentin ilk iclası keçirilib.
Bəs, AXP İdarə Heyətində sistefa və partiyanın fəaliyyətinin dayandırılmasına nə vaxt baxılacaq?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən AXP sədrinin müavini Qiyas Sadıqov bildirib ki, İdarə Heyətinin iclası sentyabrın 29-da olacaq:
"Hələlik bu məsələlər müzakirə olunmayıb. Sədrin istefası və partiyanın fəaliyyətinin dayandırılması Pənah bəyin şəxsi fikridir. O, bu barədə Yutub kanalına açıqlamasında demişdi. Mən də orada eşitdim. Ondan sonra Pənah bəylə bir dəfə görüşsək də, bununla bağlı heç nə danışmamışıq.
İstefa hər kəsin öz qərarıdır, buna təsir etmək imkanım yoxdur. Amma partiyanın fəaliyyətini dayandırmasının əleyhinəyəm. Əgər belə bir məsələ qaldırılacaqsa, mən əleyhinə çıxış edəcəyəm. AXP fəaliyyətini davam etdirilməlidir. Düşünmürəm ki, Pənah bəy istefa verər. Amma istefa verdiyi təqdirdə partiyanın fəaliyyətinin dayandırılmasının əleyhinəyəm. Azərbaycanda demokratiya və korrupsiya ilə bağlı problemlərin olduğu indiki şəraitdə 25 il stajı olan bir partiyanın fəaliyyətini dayandırması yaxşı hal deyil. İndiki halda şəxsən mən siyasi mübarizədən çəkilməyin əleyhinəyəm".