Əyləc əvəzinə qaza basdı: maşın...
    • 24-09-2024, 21:06
    • 211

Əyləc əvəzinə qaza basdı: maşın...

Sultançiftliği rayonu Ordu küçəsində 34 BCL 204 nömrə nişanlı avtomobilin qadın sürücüsü küçədə park etmək istəyərkən ehtiyatsızlıqdan əyləc əvəzinə qaza basıb. 

News24.az xəbər verir ki, sürücüsü sükanın idarəetməsini itirən avtomobil, əvvəlcə dayanmış yüngül ticarət maşınına çırpılıb, daha sonra binanın divarına çırpılaraq sürüşüb. 

Avtomobil sürüşərək daha sonra marketin qarşısındakı səkidə iki ağacın arasında qalıb. Xoşbəxtlikdən hadisə zamanı heç kimin burnu qanamasa da, avtomobilə ziyan dəyib. Avtomobilin iki ağacın arasına düşdüyünü görənlər heyrətə gəliblər.

Məryəm İlhamqızı