Zibil qutusunda körpə cəsədi tapıldı
    • 24-09-2024, 15:58
    • 215

Zibil qutusunda körpə cəsədi tapıldı

Mersinin Mut rayonunda zibil konteynerində körpə cəsədi tapılıb.

News24.az xəbər verir ki, tullantıları toplayan 50 yaşlı Cənnət Bülbül parçaya sarılan körpənin cansız bədəni ilə qarşılaşıb. 

Bülbülün məlumat verməsindən sonra hadisə yerinə sağlamlıq və polis qrupları gəlib. Polis qrupları və prokurorun araşdırmasının ardından körpənin cansız bədəni cənazə maşını ilə meyitxanaya aparılıb. Yeni doğulan körpəni atan şübhəli və ya şübhəlilərin tutulması üçün genişmiqyaslı istintaq başladılıb.

İlkin məlumatlara görə, körpə boğularaq öldürülüb.

Məryəm İlhamqızı