Zibil konteynerində körpə tapıldı
    • 13-07-2024, 12:12
    • 399

Zibil konteynerində körpə tapıldı

İstanbulda vətəndaşlar zibil konteynerində torbada körpə olduğunu görüblər.

News24.az-ın məlumatına görə, xəbər verildikdən sonra əraziyə polis və tibb qrupları göndərilib.

Körpə qıza tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, körpəni tərk edən şəxsin tapılması üçün araşdırma başladılıb.

Günel Məlikzadə