DƏHŞƏTLİ HADİSƏ: Qəbiristanlıqda torbada körpə cəsədi tapıldı
    • 27-08-2024, 21:40
    • 385

DƏHŞƏTLİ HADİSƏ: Qəbiristanlıqda torbada körpə cəsədi tapıldı

Türkiyədə qəbiristanlıqda torbaya bükülmüş körpə cəsədi tapılıb.

News24.az xəbər verir ki, qohumlarının məzarını ziyarət etməyə gələn vətəndaş qəbrin yanında torbaya bükülmüş əşya görüb.

Şəxs vəziyyəti Elazığ Bələdiyyəsi Qəbiristanlıqlar Müdirliyi qruplarına bildirib.

Hadisə yerinə gələn qruplar çantaya bükülmüş əşyanın körpə cəsədi olduğunu aşkar edərək vəziyyəti jandarma qruplarına bildiriblər.

Körpənin cansız bədəni yarılma üçün meyitxanaya aparılıb.


Günel Məlikzadə