Böyürtkənin möcüzəvi faydaları
    • 25-09-2024, 19:46
    • 1 378

Böyürtkənin möcüzəvi faydaları

Böyürtkən tərkibindəki vitaminlər, minerallar və antioksidantlarla sağlamlığa çox faydalıdır. Bu meyvə güclü antioksidant xüsusiyyətləri və zəngin qida tərkibi ilə orqanizmin müxtəlif funksiyalarını dəstəkləyir.

News24.az foodinfo.az-a istinadla böyürtkənin faydalarını təqdim edir:

1. Antioksidantlarla zəngindir Böyürtkən yüksək miqdarda C vitamini və antiosidantlar (xüsusilə antosiyaninlər və polifenollar) ehtiva edir. Bu maddələr bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur və xərçəng, ürək xəstəlikləri kimi problemlərin qarşısını almağa kömək edir.

2. Dəri sağlamlığını dəstəkləyirOndakı A və C vitaminləri dərinin elastikliyini qoruyur və qırışların yaranmasını gecikdirir. Bu meyvə dərini zərərli UV şüalarına qarşı da qoruyur.

3. Ürək-damar sağlamlığıTərkibindəki lif və kalium ürək sağlamlığını dəstəkləyir. Kalium qan təzyiqini tənzimləyir, lif isə xolesterolu azaldaraq ürək xəstəlikləri riskini azaldır.

4. Həzm sisteminə faydalıdırBöyürtkənin tərkibində çoxlu pəhriz liflər var ki, bu da həzmi yaxşılaşdırır, bağırsaq hərəkətlərini nizamlayır və qəbizliyin qarşısını alır.

5. İmmunitet sistemini gücləndirirBu giləmeyvə immunitet sistemini gücləndirir və infeksiyalardan qoruyur.

6. Göz sağlamlığıBöyürtkəndə olan A vitamini gözlərin sağlam qalmasına və yaşa bağlı göz problemlərinin qarşısını almağa kömək edir.

7. Sümük sağlamlığıK vitamini və kalsium baxımından zəngin olduğu üçün sümüklərin möhkəmlənməsinə və sümük sıxlığının qorunmasına yardımçı olur. Sümüklərin zəifləməsinin qarşısını almaq üçün böyürtkən istehlakı faydalı ola bilər. 

8. Zehni sağlamlığı dəstəkləyirBöyürtkəndə olan antioksidantlar beynin sağlamlığını dəstəkləyir, yaddaşı gücləndirir və beyin hüceyrələrini oksidativ stresdən qoruyur. Bu da yaşla bağlı zehni funksiyaların azalmasının qarşısını alır.