6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişdi
    • 25-09-2024, 15:41
    • 209

6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Adanada bir nəfər yarıçılpaq vəziyyətdə 6-cı mərtəbədəki evinin eyvanından yıxılaraq ölüb.

News24.az xəbər verir ki, hadisə Seyhan rayonunun Yeşilyurt rayonunda baş verib. 

İddiaya görə, Harun Akçay (44) evinin eyvanında yarıçılpaq vəziyyətdə müvazinətini itirərək 6-cı mərtəbədən yıxılıb. Akçayın yıxıldığı yerdə olan restoran işçiləri vəziyyəti dərhal polis və sağlamlıq qruplarına xəbər verib.

Hadisə yerinə gələn sağlamlıq qrupları Akçayın öldüyünü müəyyən edib. Hadisə yerinin araşdırılmasının ardından Akçayın cəsədi yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Digər tərəfdən, Akçayın həyat yoldaşı polisə ərinin şizofreniya xəstəliyindən əziyyət çəkdiyi və daha əvvəl ruhi müalicə aldığı barədə məlumat verib. Hadisənin intihar ola biləcəyi ehtimal edilir.

Məryəm İlhamqızı