-
- 23-07-2024, 18:29
- 334
Körpə 2-ci mərtəbədən YERƏ DÜŞDÜ
Əldə edilən məlumata görə, pəncərənin yanında oynayan İ.F (2) müvazinətini itirərək açıq pəncərədən yıxılıb.
News24.az xəbər verir ki, körpə 2-ci mərtəbədən yıxılaraq huşunu itirib. Bir müddət yerdə hərəkətsiz uzanan körpəni görən anası sinir krizi keçirib.
Hadisəni görən vətəndaşlar təcili yardıma məlumat veriblər. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən təcili yardım maşınında ilkin tibbi yardım alan körpə Bolu İzzet Baysal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Verilən məlumata görə, körpənin vəziyyəti yaxşıdır.
Məryəm İlhamqızı