-
- 25-09-2024, 22:05
- 200
"Sürətli ordu quruculuğu ciddi narahatlıq doğurur"
Çinin qitələrarası ballistik raket sınağı Yaponiyada panika yaradıb.
News24.az xəbər verir ki, Yaponiya hökumətinin yüksək səviyyəli sözçüsü Yoşimasa Hayaşi, Pekinin sürətli hərbi quruculuğunun və bununla bağlı şəffaflığın olmamasının "ciddi narahatlıq" doğurduğunu deyib.
Hayaşi bu gün jurnalistlərə bildirib ki, Çin müdafiə büdcəsini yüksək səviyyəyə çatdırmağa davam edir və nüvə və raket imkanlarını, o cümlədən ICBM (Qitələrarası ballistik raket) imkanlarını geniş və sürətlə gücləndirir.
Çinin Yaponiya ətrafında hərbi fəaliyyətini genişləndirdiyini bildirən sözçü, "Şəffaflıqdan məhrum olan Çinin bu hərbi meyli Yaponiya və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq mənbəyidir" deyib.
Çin Müdafiə Nazirliyi isə sınaq məqsədilə Sakit Okeana qitələrarası ballistik raket atdığını bildirib. Açıqlamada saxta döyüş başlığı daşıyan raketin okeanın kənarında təyin olunmuş əraziyə düşdüyü bildirilib.
Günel Məlikzadə