Sevil və Sevinc Bakıdakı toy bazarı haqda:
    • 17-06-2019, 19:14
    • 2 483

Sevil və Sevinc Bakıdakı toy bazarı haqda: "Durğunluq ola bilsin ki, bizim təbəqə üçündür" - VİDEO

Şou-biznesin əkizləri Sevil və Sevinc Səfərovalar istirahətləri barədə danışıb.

News24.az xəbər verir ki, ifaçılar əslində qardaşı oğlu Azada görə tətilə çıxdıqlarını açıqlayıblar: “Əslində bu Azadın istirahəti idi. Biz isə ona dayəlik edirdik. Amma yenə də şükürlər olsun ki, yaxşı vaxt keçirdik. Çünki işlərə görə, həqiqətən də istirahət haqda düşünə bilmirik. Çəkilişlər, kliplər, layihələrin çoxluğuna görə, düşündük ki, elə müğənninin istirahəti üçün ən uğurlu vaxt orucluq ayıdır”.

Səfərovalar Azadın dəcəl olmasından da söz açıblar: “Əvvəllər deyirdik ki, Azad çox sakit uşaqdır. Amma, səhv etmişik. Çünki, çox dəcəl uşaqdır. Bir saniyə belə dayanmır. Harasa aparanda biz onun ancaq ardınca qaçırıq. Anelimiz də şükürlər olsun ki, yaxşıdır. Bütün körpələr öz şəfasını tapsın. İçində də bizim Anelimiz”.

Sevil və Sevinc Səfərovalar yerli və xarici toy bazarındakı durğunluqlardan danışıblar: “İstirahəti düşünmürük, çünki planda toylardır. Bakıda toy bazarında durğunluq hiss olunur. Lakin, ölkə xaricində toya gedən müğənnilərdə isə belə problem yoxdur. Əksinə daha çoxdur. Bakıdakı durğunluq ola bilsin bizim təbəqə üçündür”.

İfaçılar Rusiyadakı toylarda tez-tez rastlaşdıqları ifaçıların adını da çəkiblər: “Ölkə xaricində daha çox Nuri Sərinləndirici, Ceyn Şirokih, Xəyyam Nisanov, Könül Kərimova, Rəqsanə İsmayılova ilə rastlaşırıq. Ara-sıra Samir Piriyev və Şəbnəm Tovuzlu ilə də eyni məclisdə oluruq”.

Səfərova bacıları bir daha “Mushup” oxumayacaqlarını bildiriblər: “Gözləyirik ki, klipimizin bir ayı tamam olsun, daha sonra digər işimizə keçək. “Mushup” ilə isə bitirdik. Dj Roşka ilə işbirliyimiz ilk və son olmalıydı. Sadəcə Nurlan Təhməzlinin dəyəri bizim üçün çoxdur. Təklif etdi və sevə-sevə qəbul etdik”.

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV