İtalyada futbol matçında kütləvi dava
    • 26-09-2024, 22:25
    • 320

İtalyada futbol matçında kütləvi dava

İtalya kuboku çərçivəsində oynanan “Genoa”-“Sampdoriya” oyunu böyük insidentlə yekunlaşıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Genoa derbisində ev sahibi azarkeşlərlə qonaqların fanatları arasında kütləvi dava düşüb.

Hadisə zamanı 19 nəfər yaralanıb. Polis insidentin təşkilatçısı qismində şübhəli bilinən 2 nəfəri həbs edib. socar vakansiya

“Genoa” və “Sampdoriya” klublarının hər ikisi Genuya şəhərini təmsil edir. İki komanda arasında oynanan matçlar hər zaman hərarətli olması ilə seçilir.