Makron: Livanda müharibə olmamalıdır, ola bilməz
    • 26-09-2024, 16:10
    • 196

Makron: Livanda müharibə olmamalıdır, ola bilməz

Makron Nyu Yorkda BMT-nin 79-cu Baş Assambleyasında etdiyi çıxışda İsrailin Qəzza və Livana hücumlarını müzakirə edib.

News24.az xəbər verir ki,  Makron bildirib ki, tərəflər İsrail-Livan mavi xətt üzrə öhdəliklərini yerinə yetirməlidirlər:

“Livanda müharibə olmamalıdır, ola bilməz. Biz İsraili Livandakı gərginliyi dayandırmağa qətiyyətlə çağırırıq”. 

Makron bu bəyanatdan istifadə edərək Hizbullahdan İsrailə hücumlarına son qoymasını istəyib.

İsrailin Qəzzaya hücumlarının çox uzun sürdüyünü bildirən Makron, "On minlərlə fələstinlinin həyatını itirməsinin heç bir əsası və izahı yoxdur" dedi. 

Makron qeyd edib ki, İsrailin Qəzzaya hücumları ən qısa zamanda dayandırılmalı, atəşkəs yaradılmalı və bölgəyə humanitar yardımlar çatmalıdır.

Günel Məlikzadə