-
- 26-09-2024, 22:55
- 366
Bu ölkədə də meymunçiçəyi aşkarlandı
Mərakeş Səhiyyə Nazirliyi ölkədə ilk meymunçiçəyi hadisəsinin aşkar edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, "qlobal sağlamlıq həyəcanının başlamasından bu yana qəbul edilmiş sağlamlıq protokolu çərçivəsində" ölkədə ilk M pox hadisəsinin aşkar edildiyi bildirilib.
Açıqlamada, xəstəliyə yoluxmuş şəxsin Mərakeşdəki tibb mərkəzlərindən birində müalicə aldığı, xəstənin səhhətinin stabil olduğu, narahatlığa əsas olmadığı, lazımi müalicənin aparıldığı və ona qapalı tibbi yardım göstərildiyi bildirilib.
Açıqlamada, həmçinin tibb qruplarının milli, beynəlxalq sağlamlıq standartlarına uyğun olaraq təcrid prosedurlarına başladığı və ictimai səhiyyə təcili yardım qruplarının indiyə qədər heç bir simptom göstərməyən təmasları müəyyən etmək üçün epidemioloji araşdırmalara başladığı qeyd edilib.
Günel Məlikzadə