Valideyn şagirdlərin gözü qarşısında müəllimi DÖYDÜ
    • 26-09-2024, 17:40
    • 275

Valideyn şagirdlərin gözü qarşısında müəllimi DÖYDÜ

Türkiyədə orta məktəblərin birində valideyn müəllimi döyüb.

News24.az xəbər verir ki, Manisanın Akhisar şəhəri 100. Yıl orta məktəbində baş verən hadisədə qəfildən sinif otağına daxil olan şagirdin anası türkcə müəllimini şagirdlərin gözü qarşısında döyüb. 

Hadisə üzərinə məktəbə polis qüvvələri göndərilib.

Hücumdan sonra müəllim valideyndən şikayətçi olub. Şikayət üzərinə polis qrupları tərəfindən saxlanılan şagirdin valideyni ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Məryəm İlhamqızı