Belə məğlub olmağa layiq deyildik - Qurbanov
    • Bu gün, 07:58
    • 145

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.

News24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Futbolmularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər", - Q.Qurbanov qeyd edib.